ANAMA bu 4 təşkilatla memorandum imzaladı - Fotolar

ANAMA bu 4 təşkilatla memorandum imzaladı

01.04.2022 | 13:50
Oxunma sayı: 935

 

ANAMA ilə 4 beynəlxalq təşkilat arasında Anlaşma Memorandumu imzalanıb.

“Qafqazinfo” xəbər verir ki, imzalanma mərasimi Bakıda keçirilən Humanitar Mina Fəaliyyəti və Davamlı İnkişaf Məqsədləri üzrə beynəlxalq konfrans çərçivəsində baş tutub.

Belə ki, ANAMA İnsan Hak ve Hürriyetleri ve İnsani Yardım Vakfı (Türkiyə), “Enerqotransproyekt” Elmi-tədqiqat və layihə-axtarış energetika və nəqliyyat institutu” MMC (Rusiya), Türk QHT İnsani Mayın Faaliyeti Derneği (Türkiyə) və Sloveniya Respublikasının “İTF İnsan Təhlükəsizliyinin Artırılması” təşkilatları ilə müvafiq sazişləri imzalayıb.

Eldar Tanrıverdi

ANAMA dörd xarici qurumla memorandum imzalayıb

 

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) xarici ölkələri təmsil edən dörd təşkilatla Anlaşma Memorandumları imzalayıb.

Bu sənədlər Türkiyənin IHH (İnsan Haqq və Hürriyətlər) İnsani Yardım Vəqfi və İnsani Mina Fəaliyyətləri Dərnəyi (IMFAD), Sloveniyanın “İnternational Trust Fund Enhansing Human Security” (Beynəlxalq Etimad Fondu İnsan Təhlükəsizliyi Təkmilləşdirilməsi), Rusiyanın “Enerqotransproyekt” (Enerji və Nəqliyyat Elmi-Tədqiqat və Layihə İnstitutu) MMC ilə imzalanıb.

Sənədlərin imzalanması mərasimi Bakıda keçirilən “Humanitar Minatəmizləmə Fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri” adlı beynəlxalq konfrans çərçivəsində keçirilib.